Türkiyə ilə Yaponiya arasında Birgə Bəyannamə imzalanıb

Enerji Forumunun başlanmasına dair
Türkiyə ilə Yaponiya arasında Birgə Bəyannamə imzalanıb

Türkiye ilə Yaponiya arasında Enerji Forumunun başlanmasına dair Birgə Bəyannamə imzalanıb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar və Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Nişimura Yasutoşi iki ölkə arasında enerji sahəsində mümkün əməkdaşlığı qiymətləndirmək üçün İstanbulda bir araya gəlib.

Nümayəndə heyətləri arasında keçirilən görüşdən sonra imzalanma mərasimində çıxış edən nazir Bayraktar Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Nişimura Yasutoşi ilə hərtərəfli qiymətləndirmələr apardıqlarını bildirərək deyib: "2024-cü ildə Türkiyə ilə Yaponiyanın diplomatik əlaqələrinin 100-cü ildönümüdür. 2024-cü il bu baxımdan bizim üçün çox önəmlidir. Ona görə də "Türkiye-Yaponiya Enerji Forumu"nun bu sahədə iki ölkə arasında əməkdaşlığın yaxşılaşdırılmasına xidmət edəcəyini düşünürük" deyib.

Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Nişimura Yasutoşi də “Türkiyə-Yaponiya Enerji Forumu”nun reallaşması istiqamətində mühüm və böyük bir addım atdıqlarını ifadə edərək deyib ki, gələn il 100 illik yubileyimiz münasibətilə Tokioda forum təşkil etməyi planlaşdırırıq. Ümid edirəm ki, razılaşdığımız enerji forumunu başlanğıc kimi qəbul etməklə kritik mədənlər sahəsində ikitərəfli əlaqələrimiz yaxşılaşacaq. Ayrıca müxtəlif sahələrdə, xüsusilə enerji sahəsində əməkdaşlığımız qarşıdakı dövrdə də davam edəcək.

Qeyd edək ki, Türkiyə ilə Yaponiya arasında əməkdaşlığın “bərpa olunan enerji, enerji səmərəliliyi, təbii qaz və yeni yanacaq/texnologiyalar” kimi əsas başlıqlar altında inkişaf etdirilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə