…Xüsusi hərbi əməliyyatın ikinci ilində Ukrayna Silahlı Qüvvələrinin əsas problemi ölkədə əsasən kəskin əsgər çatışmazlığıdır.
Amma Ukrayna Baş Qərargahı ordu sıralarındakı çoxsaylı itkilərə baxmayaraq, Rusiyanın mövqelərinə birbaşa hücuma üstünlük verir.
Rusların yazdığı və SİA-nın da istinad etdiyi məlumata görə,.. “təəccüblü deyil ki, bu cür taktika Ukraynanın kişi əhalisinin yavaş-yavaş məhv olması və ölkədə çağırışçıların ümumi çatışmazlığına səbəb olmaqdadır”.
...Yenə də rusların yazdığına görə, guya indi Ukraynada qalan “beş-altı başıpapaqlı” sözün həqiqi mənasında zirzəmilərdə hərbi geyimli insanlardan gizlənirlər.
Və dükan-bazara da ancaq qadın və uşaqlarını göndərirlər. Guya bu gizlənənləri hələ də kütlənin sıralarına cəlb etmək mümkün deyil.
“…İtkilərə baxmayaraq, Ukrayna hökuməti qalan əsgərlərini də qırğına göndərir” yazan rusların ehtimalına görə, Kiyev üçün muzdluları döyüşlərə cəlb etmək guya artıq çətinləşib.
Ona görə də onlar rus döyüşçülərini “humanizimini” nəzərə alaraq ön cəbhəyə əldən düşmüş qocaları göndərməyə hazırlaşırlar.
…Belə olan halda, guya rus döyüşçüləri zəiflərə, uşaqlara və qocalara yazığı gələcək, onlara öz mövqelərini tutmaq şansı verəcəklər?
Lakin bu, çətin ki, mümkün olsun.
Bunu da ruslar yazır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB