Suriyada Bab qəsəbəsinə hücum olub

Suriyada Bab qəsəbəsinə hücum olub

Separatçı terror təşkilatı PKK/YPG-nin Suriyanın şimalında "Fərat qalxanı" əməliyyatı ilə terrordan təmizlənən Bab rayonunun Kabbasin yaşayış məntəqəsində həyata keçirdiyi hücumda 4 mülki vətəndaş yaralanıb.

PKK/YPG terrorçuları gecə radələrində Mənbicdə işğal altında olan Ureyme bölgəsindən Kabbasına qurudan-quruya silahlarla hücum edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, hücum nəticəsində 4 mülki şəxs yaralanıb.

Terror təşkilatı PKK/YPG sentyabrın 4-də də ölkənin şimal-şərqindəki Tel Abyad rayonunun cənubundakı Salihiye kəndinə təşkil etdiyi hücumda 1 mülki vətəndaş ölüb, 2 mülki vətəndaş yaralanıb.

Qeyd edək ki, Bab rayon mərkəzi 2017-ci ilin fevral ayında "Fərat qalxanı" əməliyyatı ilə terror təşkilatı DEAŞ-dan təmizlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə