Yunanıstanın xarici işlər naziri Yorgos Yerapetritis Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstanın baş naziri Mitsotakisin sentyabrın 18-də Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının sammiti çərçivəsində görüşəcəklərini açıqlayıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Yunanıstanın xarici işlər naziri Yorgos Yerapetritis Türkiyə xarici işlər naziri Hakan Fidan ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında danışıb.
Nazir Yerapetritis Fidan ilə görüşləri çərçivəsində ikitərəfli əlaqələri və iki ölkəni maraqlandıran regional məsələləri müzakirə etmək fürsəti əldə etdiklərini bildirib. NATO-nun Vilnüs Zirvə Toplantısı çərçivəsində görüşən Türkiyə və Yunanıstan liderlərinin iki ölkə arasında əməkdaşlığın yenidən başlaması və yeni hədəf təyin edilməsi üçün yeni cəhdlər etdiklərini qeyd edən Yerapetritis, bu çərçivədə xarici işlər nazirlərini təyin etdiklərini bildirib.
Yerapetritis, əvvəlcə nazir Fidan ilə iki ölkə arasındakı fikir ayrılıqlarının aradan qaldırılması üçün nə edə biləcəklərini müzakirə edəcəklərini, ikincisi, iki ölkə arasında bütün sahələrdə siyasi danışıqlara rəhbərlik etmək vəzifəsinin verildiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB