Moskva bu səhər yeni dron hücum cəhdlərinin hədəfi olub və hava nəqliyyatında gecikmələr yaşanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, şəhər meri Sergey Sobyanin üç pilotsuz təyyarənin vurularaq zərərsizləşdirildiyini açıqlayıb: "Müvafiq olaraq, iki PUA şimal-qərbdə, Tver və İstra bölgələri üzərində, üçüncüsü isə cənub-qərbdə, Kaluqa bölgəsində, Yeni Moskva ilə sərhəddə vurulub".
Sobyanin bildirib ki, İstra bölgəsindəki yalnız bir sahə pilotsuz təyyarələrin parçalanması nəticəsində zədələnib. Rusiya Müdafiə Nazirliyi də sentyabrın 5-i səhər saatlarında üç PUA-nın vurulduğunu təsdiqləyib. "Yandex"in məlumatlarına görə, pilotsuz təyyarələrin hücumları səbəbindən paytaxt hava limanlarına uçuşlar bir müddət dayandırılıb. Vnukovoda 23, Şeremetyevoda 15 və Domodedovoda 2 reys də daxil olmaqla, çoxsaylı reyslər gecikib və ya ləğv edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB