Putindən Kadırovun qızına medal

Rusiya prezidenti Vladimir Putin Çeçenistan Respublikasının mədəniyyət naziri Ayşat Kadirova ikinci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı Ayşat Kadirova 2021-ci ildə atası, Çeçenistanın lideri Ramzan Kadırov tərəfindən Çeçenistanın mədəniyyət naziri təyin edilib. Bu arada Putin Rusiya Müsəlmanları Ruhani İdarəsinin rəhbərləri Ravil Qaynutdinə və Rusiya Müsəlmanları Ruhani İdarəsinin müftisi Albir Krqanova “1100-cü il” tədbirinin hazırlanmasında və təşkilində göstərdikləri xidmətlərə görə minnətdarlığını bildirib.

Putin həmçinin bəzi müsəlman təşkilatlarının rəhbərlərini dinlərarası və millətlərarası münasibətlərin harmoniyasına verdiyi töhfələrə görə fəxri fərmanlarla təltif edib.

Bütün xəbərlər Facebook səhifəmizdə