Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə davam edərkən, Rusiya ordusu taxıl anbarlarının yerləşdiyi Ukrayna limanlarına hücumlarını davam etdirir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiya ardıcıl iki gecə Ukraynanın Dunaydakı limanına zərbə endirib. Ukraynanın Dunay üzərində taxıl ixrac etdiyi iki böyük limanından biri olan İzmail saatlarla davam edən intensiv bir pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb. Son hücumun prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında keçiriləcək "Taxıl Sazişi" gündəm görüşündən əvvəl baş verməsi isə diqqət çəkib.
Ukrayna hakimiyyəti İzmaildə yaşayan insanları sığınacaqlara getməyə çağırıb. Odessa qubernatoru Oleq Kiper Rusiyanın PUA-larla şəhərə hava hücumunun təxminən 3,5 saat davam etdiyini bildirib. Ukrayna Hərbi Hava Qüvvələri İzmail yaxınlığındakı Kilinin də hədəfə alındığını bildirib. Hücumda anbarların da vurulduğu deyilir. Bildirilib ki, PUA hissələrinin düşməsi nəticəsində bəzi yaşayış binalarında yanğın baş verib. Rusiya bir gün əvvəl Ukraynanın Dunay sahilindəki Reni limanını hədəfə almışdı.
Qeyd edək ki, Rusiya iyulun 17-də "Taxıl Sazişi"ndən çıxdıqdan sonra Ukraynanın liman infrastrukturuna tez-tez zərbələr endirir. Ukraynanın taxıl ixracına mane olmaq istəyən Rusiya, enerji istifadəsini artıraraq taxıl ixracı üçün mühüm marşrut olan Dunay çayı ətrafındakı Ukrayna limanlarını hədəf almağa davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB