İspaniyada 3 nəfər ölüb, daha 3 nəfər isə itkin düşüb

İspaniyada 3 nəfər ölüb, daha 3 nəfər isə itkin düşüb

İspaniyada güclü yağışların səbəb olduğu sel fəlakəti zamanı 3 nəfər həyatını itirib, daha 3 nəfər isə itkin düşüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisə paytaxt Madrid, Toledo şəhəri, Kastiliya-La Mança, Kataloniya və Valensiya regionlarında qeydə alınıb.

Təbii fəlakətlə əlaqədar Toledo şəhərində sakinlər helikopterlə təxliyə edilib. Qeyd edilir ki, ictimai nəqliyyatda çətinliklər yaranıb.

İtkin düşənlərin axtarışına başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə