Fırıldaqçılar yaşlı həkimə 13 milyon rubldan çox “atıblar”…

Fırıldaqçılar yaşlı həkimə 13 milyon rubldan çox “atıblar”…

Moskvada yaşlı həkim fırıldaqçılara 13 milyon çox rubl köçürüb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, fırıldaqçılar avqustun 28-dən sentyabrın 1-dək yaşlı həkimə zəng edərək özlərini bank işçisi kimi təqdim ediblər.

Deməli kəkimin sözlərinə görə, söhbətlər zamanı fırıldaqçılar həkimi onun əmanətlərinin təhlükə altında olduğuna və onların “təhlükəsiz” hesaba köçürülməsi lazım olduğuna inandıra biliblər.

Və nəticədə həkim telefon fırıldaqçılarının göstərdiyi hesablara 13 milyon 496 min rubldan çox pul köçürüb.

Gərək ki, Nijni Novqorodda xüsusi təyinatlıların iştirakı ilə telefon fırıldaqçıları dəstəsi saxlanıldığı barədə dünən yazmışdıq.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə