Rusiyanın hər şəhərinə 2000 könüllü toplamaq planı verilib, əgər...

Regional məmurlar orduya müqaviləli əsgərləri getdikcə daha çox cəlb edirlər, amma…
Rusiyanın hər şəhərinə 2000 könüllü toplamaq planı verilib, əgər...

Rusiyanın bir sıra region rəhbərləri son vaxtlar getdikcə daha çox Ukraynada müharibəyə getmək üçün könüllülərlə müqavilə bağlamağa çalışırlar.

SİA rus qaynaqlarına istinadən xəbər verir ki, “Nemoskva Speaks” nəşri məmurların bunun öhdəsindən gəlmədiklərini, əslində isə gələ bilmədiklərini yazıb.

Qeyd edək ki, regional hakimiyyət orqanlarının könüllüləri hərbiyə necə cəlb etməyə çalışdığına dair hesabatların axını iyun və iyul aylarında nisbətən sabit qalsa da, lakin avqustda kəskin şəkildə artıb.

Təbii ki, burada admın yadın Vladimir İliç Leninin “Yarışı necə təşkil etməli” əsəri düşür.

Əsəri oxuyanlar varsa, xatırlamalıdırlar. Belə ki, həmən vaxt Leninin təklifi həvəsləndirmə yolu idi.

Budur, rusiyalı yalət məmurları da Leninin təklifindən yararlanmağa çalışırlar.

Beləliklə, Voronejdə qubernator Aleksandr Qusev öz bölgəsində xidmət edən və ilin sonuna qədər Müdafiə Nazirliyi ilə müqavilə bağlayacaq hər bir çağırışçıya 120.000 rubl vəd edir.

Rusiyanın başqa bir şəhəri Bratskda qəyyumluq orqanları müharibə iştirakçılarına başqalarından daha tez pulsuz mənzil verəcəklərini bildirən mesajlar göndərirlər,

Volqoqradda isə avtobuslarda, yaxşı pul və Rusiya vətəndaşlığı təklif edən elanlar asılıb.

...Və özü də...özbək dilində.

Bu arada Tolyatti vilayət administrasiyasının rəhbəri Yuri Başkirov “dərdli danışıb”. Deməli onun sözlərinə görə, şəhərə 2000 könüllüdən ibarət plan verilib, lakin o avqustun sonuna kimi cəmi-cümltanı 250-dən bir qədər çox insanı tovlayıb “səfərbər” edə bilib.

Maraqlıdır ki, bu eyni səpkili mesajlar Novosibirsk və İrkutsk vilayətlərində də səsləndirilib.

Yeri gəlmişkən, iyul ayında Vladivostok şəhərinin vitse-meri Yevgeni Bavin, idarəetmə şirkətləri və ev sahibləri assosiasiyalarının rəhbərləri ilə görüşdə dekabr ayına qədər müraciət planının yerinə yetirilməsinin zəruriliyindən danışıb.

Onun dediyinə görə, kreditlərə görə borclu olanlar, keçmiş məhbuslar, əcnəbilər belə orduya cəlb olunacaqlar. “Əgər biz bu tapşırığı yerinə yetirməsək, hamı zorla göndəriləcək... Çünki səfərbərlik başqa ssenari üzrə baş tutacaq: hərbi vəziyyət tətbiq olunacaq, keçid məntəqəsi bağlanacaq, sonra böyük-kiçik hamı gedəcək”.

Onu da qeyd edim ki, vitse-merin dediklərini görüş iştirakçılarından biri gizli şəkildə lentə alaraq, “Qovorit NeMoskb”ya göndərib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə