“The New York Times” nəşri Amerika rəsmilərinə və ABŞ müttəfiqlərinin rəsmilərinə istinadən öz saytında, Şimali Koreya lideri Kim Çen In bu ay Rusiyaya səfər etməyi və Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırdığını yazır.
Nəşrin mənbələri Kim Çen Inın Pxenyandan zirehli qatarla Vladivostoka gedəcəyini və orada Rusiya lideri ilə görüşəcəyini ehtimal edir. Eyni zamanda, mənbələr KXDR liderinin Moskvaya gələ biləcəyini etiraf ediblər.
Xəbərdə deyilir ki, danışıqlarda Rusiyanın Şimali Koreyadan artilleriya mərmiləri və tank əleyhinə raketlər alması müzakirə oluna bilər. Eyni zamanda, Kim Çen In peyklər və nüvə sualtı qayıqları üçün qabaqcıl texnologiyalar, həmçinin ərzaq yardımı istəyə bilər.
SİA xarici qaynaqlara istinadən gGörüşün sentyabrın 10-dan 13-dək Vladivostokda keçiriləcəyini bildirir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB