Almaniya BMT Təhlükəsizlik Şurasında islahatlara çağırıb

Almaniya BMT Təhlükəsizlik Şurasında islahatlara çağırıb

BMT Təhlükəsizlik Şurası və Beynəlxalq Cinayət Məhkəməsində islahatlar aparılmalıdır.

SİA APA-ya istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib.

“BMT Təhlükəsizlik Şurasını düşünün. Sonuncu dəfə 60 il əvvəl islahat aparılıb. O vaxtdan bəri nəinki vahid Almaniya yarandı, 60-a yaxın dövlət müstəqillik yolunu tutdu - Afrikada, Latın Amerikasında, Asiyada. Bu dövlətlər haqlı olaraq qərarların qəbulunda səs və danışıqlar masasında yer tələb edirlər”, – diplomat bildirib.

O, qeyd edib ki, beynəlxalq maliyyə institutları və səhiyyə orqanlarında da islahat aparılmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə