Rusiya ordusunda informasiya texnologiyaları mütəxəssisləri üçün hərbi xidmətdən möhlət üçün maksimum yaş həddi 27-dən 30-a qaldırılıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Vladimir Putinin imzaladığı sərəncamda deyilir.
Rusiya ordusunda hərbi xidmətə informasiya texnologiyaları mütəxəssislərinin cəlb edilməsi üçün yeni norma 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
Ondan Rusiyada akkreditə olunmuş informasiya texnologiyaları şirkətlərində ən azı 11 ay işləyən və ali texniki təhsili olan işçilər yararlana biləcək.
Beləliklə, informasiya texnologiyaları mütəxəssisləri üçün digər ruslar üçün olduğu kimi eyni şərtlər tətbiq olunacaq. Eyni zamanda, 2023-cü ilin sonunadək 27 yaşı tamam olan vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılır, amma 2024-cü ildə hərbi xidmətə çağırış hüququ olmur.
Qeyd edək ki, informasiya texnologiyaları mütəxəssisləri üçün hərbi yaş həddinin yuxarı həddinin artırılması təşəbbüsünü bu ilin avqustunda Rəqəmsal İnkişaf Nazirliyinin rəhbəri Maksut Şadayev bəyan edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB