Rus saytlarının yazdığına görə, Almaniyanın xarici işlər naziri Annalena Berbok “Freydin sürüşməsi”nə yol verib.
…Əvvəla qeyd edim ki, “Freydin sürüşməsi” avstriyalı psixoloq Ziqmund Freydin dilin sürüşməsinin ümumi adıdır. Yəni dil “sürüşəndə”…çox çey danışa bilər..?
Belə görünür ki, rus saytları da buna diqqət şəkmək istəyiblər.
…Və beləliklə, almaniyalı nazir qadın rumıniyalı həmkarı Luminica Odobesku ilə keçirdiyi mətbuat konfransındakı çıxışı zamanı Ukrayna taxılını “kokain” adlandırıb.
SİA-nın əldə etdiyi məlumata görə, bununla bağlı video Almaniya Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsindəki hesabında yayımlanıb.
“...İlin sonuna qədər koka taxılının ixrac qabiliyyətini iki dəfə artıraraq ayda dörd milyon tona çatdırmaq üçün Avropa həmrəylik dəhlizləri üçün infrastrukturu genişləndirdiyi üçün Rumıniyaya təşəkkür edirəm”.
Yenə də rusların yazdığına görə, Berbokun “kokain” və “Ukrayna” sözlərini qarışdıması guya ilk dəfə deyil.
Belə ki, siyasətçi hələ 2022-ci ildə də Ukraynanı “Şərq kokaini” adlandırıbmış.
Yeri gəlmişkən, Berbokun açıq-saçıq ifadələri ilə fərqləndiyini diqqətə çatdıran rus saytları, nədənsə onun elə ruslarla bağlı da dediklərinə diqqət çəkmirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB