Qaçaqmalçı Tacikistan vətəndaşı 5,5 kq qızılla Hindistanda saxlanılıb
…Yeni Dehli hava limanında gömrük yoxlaması zamanı Düşənbədən gələn iki sərnişindən təxminən 5,5 kiloqram qızıl aşkar edilərək götürülüb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Hindistan rəsmiləri bildiriblər.
Deməli, sentyabrın 2-də Dehli Hava Limanı Gömrük İdarəsindən verilən xəbərə görə, “gömrükçülər sərnişinlərin hərtərəfli yoxlanılması zamanı Düşənbədən Yeni Dehliyə gələn Rusiya və Tacikistan vətəndaşından 5,488 qram qızıl aşkar edərək götürüblər. Hər iki sərnişin saxlanılıb, araşdırma aparılır”.
Saxlanılanların adları açıqlanmır. Dehli Gömrükləri bu mesajın altında "X" sosial şəbəkəsində bir neçə qızıl külçənin fotosunu dərc edib.
Qeyd edək ki, Düşənbədən Dehliyə uçuşlar Tacikistanın “Somon Air” aviaşirkəti tərəfindən həyata keçirilir. Sərnişinlərin külli miqdarda qızılı özləri ilə necə apardıqları məlum deyil.
Xatırladaq ki, 2021-ci ildə də Düşənbə Beynəlxalq Hava Limanında qızıl və valyuta qaçaqmalçılığının qarşısı alınmışdı. Daha sonra Düşənbə məhkəməsi bu iş üzrə doqquz müttəhimi iki ildən beş il yarımadək müddətə azadlıqdan məhrum etmişdi.
Yeri gəlmişkən, tutulanlar arasında ölkənin gömrük və daxili işlər orqanlarının əməkdaşları da olmuşdu.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB