Səfərbərlik başladıqdan sonra məhkəmələrə Rusiyanın Şimal-Qərb bölgələrindən olan hərbi qulluqçulara qarşı xidmət yerini icazəsiz tərk etmə ilə bağlı 285 cinayət işi daxil olub.
SİA rus saytlarına istinadən xəbər verir ki, digər dörd nəfər isə fərarilikdə ittiham olunub.
Qeyd edək ki, xidmət yerini icazəsiz tərk edən ruslar arasında lider Kalininqrad vilayətidir. Belə ki, burada bu məsələ ilə bağlı 84 epizod qeydə alınıb.
Sankt-Peterburqdan olan hərbçilərə qarşı isə 68 cinayət işi açılıb.
Şimal-Qərb bölgələrində ilk cinayət işləri 2022-ci ilin noyabrında - Novqorod vilayətinin hərbi məhkəməsində hərbçilər Danila İvanov və Andrey Kovalçuka qarşı qəbul edilib.
Ümumilikdə Rusiya üzrə hərbi məhkəmələrə hərbçilərin öz hissələrini icazəsiz tərk etməkdə ittiham olunduğu ən azı 2630 iş daxil olub. Qeyd edək ki, hər ay səfərbərlik elan edildikdən sonra 2022-ci ilin sentyabrında sərtləşdirilmiş maddələr üzrə işlərin sayı artaraq 2023-cü ilin iyulunda maksimum həddə - ayda 522 işə çatıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB