Suriyada ərəb tayfaları ilə PKK/YPG arasındakı toqquşmalar...

Suriyada ərəb tayfaları ilə PKK/YPG arasındakı toqquşmalar...

Suriyanın Deyr əz-Zor vilayətində separatçı terror təşkilatı PKK/YPG-nin təzyiqi altında olan ərəb tayfaları ilə təşkilat arasında avqustun 27-də başlayan qarşıdurmalar Həsəkə, Rəqqa və Mənbic kəndlərində intensiv şəkildə davam edir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Deyr əz-Zorda ərəb tayfalarının PKK/YPG-yə qarşı başlatdığı əməliyyatlar digər ərəb tayfalarının da iştirakı ilə genişlənib.

Separatçı terror təşkilatı PKK/YPG-nin didərgin saldığı ərəb tayfalarının dəstəyi ilə böyüyən mübarizədə terror təşkilatı işğal etdiyi kəndlərdən itkilər verərək geri çəkilir.

Avqustun 27-dən indiyədək Deyr əz-Zor, Rakka və Haseke vilayətlərinin və Hələbin Mənbic rayonunun kənd ərazilərində 33 kənd YPG/PKK işğalından azad edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə