…Əksər amerikalılar 80 yaşlı hazırkı prezident Cozef Baydeni ikinci müddət ölkəyə rəhbərlik üçün çox yaşlı adlandırıblar.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Wall Street Journal” sorğunun nəticələrinə istinadən xəbər verir.
Beləliklə, respondentlərin 73 faizi Baydeni ikinci müddət prezidentlik üçün “qoca” adlandırıb.
Qeyd edək ki, sorğuda iştirak edən ABŞ vətəndaşlarının 47 faizi Baydendən üç yaş kiçik olan keçmiş lider Donald Trampı da belə hesab edir.
Hesabatda qeyd edilir ki, respondentlərin 42 faizinin fikrincə, Bayden adi amerikalılara əhəmiyyət verir, sorğu iştirakçılarının 43 faizi Trampda da eyni keyfiyyəti qeyd edib.
Bununla belə, sorğuda iştirak edən amerikalıların yalnız 35 faizi Baydeni yeni prezidentlik müddətinə əqli cəhətdən hazır hesab edir. Trampı bu məsələdə respondentlərin 46 faizi dəstəkləyib.
Maraqlıdır ki, bir müddət bundan əvvəl “The Guardian” 80 yaşlı Baydenin yaşından yorulduğunu etiraf etdiyini yazmışdı.
Onu da qeyd edək ki, Siyasətçinin yaşı bu yaxınlarda iş adamı İlon Mask tərəfindən də ələ salınmışdı.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB