Aİ Rusiyanı "Taxıl sazişi"nə yenidən qoşulmağa çağırıb

Aİ Rusiyanı "Taxıl sazişi"nə yenidən qoşulmağa çağırıb

Avropa İttifaqı (Aİ) Rusiyanı "Taxıl sazişi"nə yenidən qoşulmağa çağırıb.

Avropa İttifaqı Komissiyasının sözçülərindən Peter Stano prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin görüşü və "Taxıl sazişi"nə dair Avropa İttifaqının gözləntiləri ilə bağlı sualı cavablandırıb.

Avropa İttifaqının Rusiyadan iyulun 17-də geri çəkildiyi razılaşmaya qayıtmasını və Ukrayna taxılının dünya bazarlarına çıxarılmasına mane olan hücumları dayandırmasını gözlədiyini ifadə edən Stano sözlərini belə davam etdirib:

"Rusiya Ukrayna taxılının dünya bazarlarına çıxarılması üçün ən uyğun marşrutun qarşısını kəsir. Bu, qəbuledilməzdir. Rusiya da hazırda liman infrastrukturlarına, taxılın Ukraynadan çıxması üçün alternativ yollara hücum edir. Bu, Rusiyanın hərəkətlərinin çirkin tərəfini göstərir.

Rusiya Ukrayna taxılını nəinki bloklayır, həm də ondan gəlir əldə edir. Çünki onlar bir tərəfdən qlobal qiymətləri artırırlar və öz ixraclarını artırıraraq böyük miqdarda gəlir əldə edirlər. Avropa İttifaqının Rusiyanın ixracına mane olması ilə bağlı açıqlamalar dezinformasiya, manipulyasiya və yalandır. Rusiyanı Qara Dəniz Taxıl Təşəbbüsünə yenidən qoşulmağa çağırırıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə