Yunanistan 16 gündür meşә yanğınları ilә mübarizә aparır

Yunanistan 16 gündür meşә yanğınları ilә mübarizә aparır

16 gün əvvəl Yunanıstanın Evros bölgəsində başlayan meşə yanğınları davam edir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Kavacık (Lefkimi) və Koyunyeri (Provatona) yaxınlığındakı meşəlik ərazidə baş verən yanğınlar səbəbindən Kavacık kəndi boşaldılıb.

Avropa İttifaqına tabe olan Kopernik Fövqəladə Hallar İdarəsinin məlumatlarına görə, Aleksandrupolinin də daxil olduğu Meriç bölgəsində yanan ərazilər 935 min dekarı keçib.

Yunanıstan Meteorologiya İdarəsinin proqnozlarına görə, gələn həftədən etibarən ölkə daxilində yağıntı gözlənildiyi üçün İqlim Böhranı və Mülki Müdafiə Naziri Vasilis Kikilias bütün bələdiyyələrə daşqın təhlükəsinə hazır olmaları barədə xəbərdarlıq edib.

Vasilis Kikilias yanğının baş verdiyi ərazilərdə daşqın ehtimalının yüksək olması səbəbindən xüsusilə bu bölgələrdə tədbirlərin artırılmasını tələb edib.

Bütün xəbərlər Facebook səhifəmizdə