Türkiyədə İğdırın mərkəzindən 30 kilometr aralıda, Ağrı dağının ətəyində yerləşən Karasu çayı mamırla örtülüb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, belə ki çayın rəngi yaşıllaşıb.
Yüksək temperaturların yaşandığı İğdırda Karasuyu çayı da istilərdən təsirlənir, yüzlərlə quş növü isə böyük təhlükə altındadır.
Çayın yaşıllaşdığını bildirən Ahmet Ataş bunları deyib: “Yosun və təmizlik mövzusunda səlahiyyətlilərdən soruşub maraqlanırıq. Burada bir az yosun problemi var. Bunun aydınlaşdırılmasını istəyirik. Piknik üçün gələn gənclər buranı təmiz saxlamırlar. Bu barədə diqqətli olsunlar. Bu yer Milli Park elan edilib və bir çox quş növləri var. Bizim saya bilməyəcəyimizdən daha çox quş növü var, ona görə də səlahiyyətlilər bu təmizləmə ilə bağlı bir şey edə bilsələr, çox şad olardım. Həm də bura çirkləndikdə qoxu verən mamır toplayır. Bu qoxu ətrafa yayılır, səlahiyyətlilərdən xahiş edirəm ki, bu məsələdə diqqətli olsunlar və buranı təmizləsinlər”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB