Bəy və gəlin hər kəsi şoka saldı

Bəy və gəlin hər kəsi şoka saldı

Türkiyənin Van şəhərində Gevdan tayfasının möhtəşəm toy mərasiminə 5 min adam qatılıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, belə ki, toyda bəylə gəlinə taxılan zinət əşyaları hər kəsi heyrətləndirib.

Gevdan tayfasından olan iş adamı Orhan və Burhan Yacanın qardaşı Ayhan Yacan Alan tayfasından Mehmet Karanın qızı Elif Kara ilə evləniblər. Türkiyə və xaricdən 5 min nəfərin qatıldığı toy son zamanların ən böyük toyu olmaqla bərabər bəylə gəlinin üzərinə taxılan zinət əşyaları hər kəsi heyrətləndirib. 3,5 ton ətin istehlak edildiyi toya qəbilə liderləri, QHT rəhbərləri, iş adamları və çoxlu qonaqlar qatılıb.

Təxminən 5 saat davam edən zinət əşyalarının taxılması mərasiminin sonunda bəyin üzərinə təxminən 4 milyon TL nağd pul, gəlinin üzərinə isə kilolarla qızıl taxılıb. Süfrəyə qoyulan pulları isə 16 nəfər sayıb.

Gəlinin ağsaqqalı Seyithan Bayram toy mərasiminin sonunda iştirakçılara təşəkkür edərək bəylə gəlinə ömür boyu xoşbəxtlik arzuladığını bildirib. Bəyin qardaşı Burhan Yacan isə toya ölkədən və xaricdən minlərlə insanın qatıldığını və Türkiyənin müxtəlif şəhərlərindən iştirakçılar olduğunu söylədi: "İki günlük toyumuzda təxminən 9000 nəfərə yemək verilib. Bu xoş gündə bizi tək qoymayan hər kəsə təşəkkürümü bildirirəm”.

Həyatlarının ən xoşbəxt gününü yaşadıqlarını dilə gətirən cütlük Elif Kara və Ayhan Yacan toylarına qatılan hər kəsə təşəkkür ediblər.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə