Alimlər astronavtların Ayda uzun müddət qalmasına imkan verəcək enerji mənbəyi hazırlayıblar. SİA xarici mətbuata istinadən xəbər verir ki, NASA-nın Artemida proqramının bir hissəsi olaraq, 2030-cu ildə Ayda bazanın qurulması hədəflənir. Uelsin Banqor Universitetinin alimləri üzərində həyatı mümkün etmək üçün xaş-xaş toxumu qədər kiçik nüvə hüceyrələri inkişaf etdiriblər. Layihədə iştirak edən prof.Simon Middlebrugh prosesin çətin, lakin əyləncəli olduğunu söyləyib.
Universitetin Rolls Royce, Böyük Britaniya Kosmik Agentliyi və ABŞ-dakı Los Alamos Milli Laboratoriyası ilə birgə hazırladığı texnologiya bütün atom elektrik stansiyasının avtomobil ölçüsündə olmasını təmin edir.
Marsa səyahətdə dayanacaq kimi də istifadə edilə bilən Ay müasir texnologiyalar üçün lazım olan bir çox qaynağa malikdir. Bu resursların yerində istifadəsi oradan başqa planetlərə səyahəti asanlaşdıra bilər. Prof. Middleburgh yaxın aylarda nüvə yanacağının bütün aspektlərini sınaqdan keçirəcəklərini söyləyib. Ayda atmosfer olmadığı üçün havanın temperaturu -248 dərəcəyə enir. Universitet tərəfindən hazırlanan və Trisofuel adlı nüvə yanacağı Rolls Royce tərəfindən istehsal ediləcək mikro nüvə elektrik stansiyasında istifadə ediləcək. Prof. Middleburgh bildirib ki, bu elektrik stansiyasının raketə yüklənməsi və Aya aparılması mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB