Rusiyanın Ukraynadakı müharibədə itkiləri - YENİLƏNMİŞ SİYAHI

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - YENİLƏNMİŞ SİYAHI

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 265 120 hərbçisi məhv edilib. SİA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, Rusiyanın digər döyüş itkiləri 4 480 tank, 8 663 zirehli maşın, 5 611 artilleriya sistemi, 741 RYAS (reaktiv yaylım atəşi sistemi), 503 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 316 helikopter, 4 481 operativ-taktiki PUA, 1 447 qanadlı raket, 19 gəmi/qayıq, 8 149 avtomobil və sistern, 847 xüsusi texnikadan ibarətdir.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə