Geomaqnit qasırğası gözlənilir

Geomaqnit sahəsinin tac dəliklərindən çıxan yüksək sürətli zərrəciklər selinin təsiri ilə 6 sentyabra kimi qeyri-sabit və aktiv səviyyələrdə olacağı gözlənilir. Bu barədə SİA-ya N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib.

Qeyd olunub ki, əgər Yerə istiqamətlənmiş TKA-nın da təsiri əlavə olunarsa, yenidən geomaqnit qasırğasının baş vermə ehtimalı var.

Bütün xəbərlər Facebook səhifəmizdə