Almaniya kansleri Olaf Şolz ölkəsində nüvə enerjisinə qayıtma ilə bağlı müzakirələrlə əlaqədar olaraq Almaniyada artıq nüvə enerjisindən istifadə edilməyəcəyini bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Şolz açıqlamasında nüvə enerjisinə qayıtma mövzusuna toxunub: “Nüvə enerjisi bitdi. Almaniyada bundan artıq istifadə edilməyəcək".
Nüvə enerjisini dayandırma qərarının illər əvvəl alındığını xatırladan Şolz, qanunun mərhələli şəkildə ləğv edildiyini bildirib. Yeni atom elektrik stansiyalarını qurmağın 15 il çəkəcəyini və bunun üçün 15-20 milyard avro xərcləmək lazım gələcəyini də qeyd edib.
Şolz atom elektrik stansiyalarının sökülməsinin sözügedən enerjinin istifadəsinin sona çatması ilə başladığını ifadə edib: “Külək enerjisi, günəş enerjisi, hidroelektrik və biokütlə enerjisi və bərpa olunan enerjilərin genişləndirilməsinə əsaslanan enerji təchizatı ilə görüşəcəyik. Elektrik enerjimizin 80 faizinə ehtiyacımız var və tezliklə bütün lazımi ehtiyaclarımız təmin olunacaq. Hazırda getdiyimiz yol budur."
Qeyd edək ki, Almaniyada müxalifət partiyaları və koalisiya ortağı Azad Demokrat Partiyası (FDP) bir müddətdir ki, nüvə enerjisindən istifadənin davam etdirilməsinə çağırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB