Əlcəzairin qərbində daşqınlar 8 nəfərin həyatına son qoyub

Əlcəzairin qərbində daşqınlar 8 nəfərin həyatına son qoyub

Əlcəzairin qərbində dağıdıcı daşqınlar nəticəsində 8 nəfər həlak olub. SİA xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Agentliyi bildirib.

Qeyd edilib ki, baş verən sel Tlemson əyalətində bir avtomobili aparıb, nəticədə 4 nəfərin həyatına son qoyub.

Əl Bayad əyalətində iki qadın və bir kişi də mindikləri avtomobilin su altında qalması nəticəsində həyatını itirib. Daha sonra həmin əyalətdə daha bir nəfərin meyiti tapılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə