"Kiyev və Paris razılığa gəliblər" - ZELENSKİ

"Kiyev və Paris razılığa gəliblər" - ZELENSKİ

Kiyev və Paris Ukraynadan olan pilotların Fransada hazırlanması ilə bağlı razılığa gəliblər. SİA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında videomüraciətində bildirib.

Dövlət başçısı bazar günü fransalı həmkarı Emmanuel Makron ilə telefon danışığı apardığını xatırladıb: “Pilotlarımızın Fransada hazırlanması ilə bağlı çox mühüm razılaşma var - müasir döyüşçülərdən ibarət koalisiyamız güclənir".

Ukrayna Prezidenti pilotların hansı təyyarədə təlim keçəcəklərini dəqiqləşdirməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə