“Axmat” xüsusi təyinatlılarının komandiri Apti Alaudinov Ukrayna Silahlı Qüvvələrinin əks-hücum başlayandan bəri verdiyi itkilərdən danışıb.
SİA xəbər verir ki, onun sözlərini “RT in Russian” Telegram kanalı sitat gətirir.
Beləliklə, Alaudinovun sözlərinə görə, əks-hücum başlayandan Ukrayna Silahlı Qüvvələri böyük itkilər verib.
Belə ki, 40 mindən çox insan və Qərbin təchiz etdiyi texnikanın 60-70 faizi məhv edilib.
“Axmat” komandiri, hazırda Kiyevin tərəfində başqa bölmələrin döyüşçülərindən ibarət yeni bölmələrin vuruşduğunu da bildirib. Çeçen komandirin dediyinə görə, “onların guya bu qədər asanlıqla təslim olmaları, yeni bölmələr döyüş ruhunun olmamasından xəbər verir.
Xatırladaq ki, avqust ayında da Alaudinov Ukrayna Silahlı Qüvvələrinin hücum zamanı itkilərini 40 min nəfər olduğunu demiş və dediyi rəqəmlərin etibarlı və hər gün yüksəldiyini də əlavə etmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB