Almaniyanın maliyyə naziri Kristian Lindner “Taurus” uzaqmənzill raketlərinin Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməsi təhlükəsi barədə xəbərdarlıq edib və ölkənin Ukraynadakı böhranda iştirakını istisna etməyə çağırıb.
SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə ARD telekanalına müsahibəsində danışıb.
“Biz tədarüklərin özümüzü və ittifaqı qorumaq qabiliyyətimizə necə təsir edəcəyini izləməliyik. Və nəhayət, Almaniyanın özünün də müharibənin iştirakçısına çevriləcəyini istisna etmək lazımdır”, - deyə nazir vurğulayıb.
Xatırladaq ki, bir müddət bundan əvvəl “Welt”in köşə yazarı Thor Barfus Almaniya kansleri Olaf Şolsun Kiyevə “Taurus” raketlərinin tədarükü ilə bağlı qərara şübhə edərək həm Almaniyaya, həm də Ukraynaya zərər verdiyini bildirmişdi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB