ABŞ ordusunun veteranı Noctis Draven X sosial şəbəkəsində Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya lideri Vladimir Putindən Krımı döyüşsüz qaytarması tələbini tənqid edib.
“Mən bu adamın cəfəngiyyatını başa düşmürəm. Sizin Rusiya ərazisini tələb etmək bir yana, Ukraynanı müdafiə etmək qabiliyyətiniz belə yoxdur”.
SİA-nın əldə etdiyi məlumata görə, bunu təbii ki, rus saytları bildirib.
Xatırladaq ki, bundan əvvəl Zelenski, Ukrayna Silahlı Qüvvələrinin yarımadanın inzibati sərhədlərində olarsa, Kiyev Krımla bağlı danışıqlara başlaya biləcəyini bəyan etmişdi.
...Əgər biz Krımın inzibati sərhədlərindəyiksə, mən hesab edirəm ki, Rusiya siyasi cəhətdən yarımadanın ərazisini demilitarizasiya etməyə məcbur edilə bilər.
Qeyd edək ki, Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Aleksiy Çepa Ukrayna liderinin sözlərini tənqid edib.
O, Rusiyanın Zelenski ilə Krım haqqında danışacaq heç nəyi olmadığını bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB