Mərkəzi Afrika ölkəsi Konqo Demokratik Respublikasının Cənubi Kivu əyalətində Çinin mədən şirkətinə məxsus qızıl daşıyan konvoya silahlı hücum olub. Hücum nəticəsində 2-si Çin vətəndaşı olmaqla 4 nəfər ölüb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, baş verən hadisədə silahlı quldurlar konvoydan külli miqdarda qızıl oğurlayıblar.
Hücumda Konqo Demokratik Respublikasından olan bir əsgər və sürücü, həmçinin Çin mədən şirkətinin 2 əməkdaşı həlak olub, 3 nəfər isə ağır yaralanıb.
Yeraltı sərvətlərlə zəngin olan Konqoda bir neçə Çin mədən şirkətləri fəaliyyət göstərir.
Ruanda, Burundi və Tanzaniya ilə həmsərhəd olan Cənubi Kivuda bir çox qeyri-qanuni silahlı təşkilatlar yeraltı sərvətlərə nəzarət etmək üçün mübarizə aparır.
2021-ci ildə Cənubi Kivudakı mədəndə işləyən 5 Çin vətəndaşı qaçırılıb. Hadisədən sonra Çinin Kinşasadakı səfirliyi öz vətəndaşlarını hökumətə qarşı döyüşən partizan qruplarının fəal olduğu Cənubi Kivu, Şimali Kivu və İturi sərhəd əyalətlərini tərk etməyə çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB