Moskvada hicablı qadına hücum edən... rus qadınları...

Moskvada hicablı qadına hücum edən... rus qadınları...

Moskva polisi Şimali Qafqazdan olan qadın vətəndaşı dindirib və yerli sakinlər tərəfindən ona və azyaşlı uşağına hücum etməsi faktı ilə bağlı ərizəsini qəbul ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə zərərçəkmişin maraqlarını müdafiə edən vəkil Ruslan Nağıyev bildirib. Qeyd edək ki, o, qadının adını, yaşını və doğum yerini açıqlamayıb.

Xatırladaq ki, avqustun sonunda baş verən hadisə, Rusiya İslam və Şimali Qafqaz ictimaiyyətində rezonans doğurub. Çünki müsəlman qadına hücum edənlər, yerli rus qadınları olub. Zərərçəkənin dediyinə görə, ən azı üç nəfər olan qadınlar hicaba görə onun haqqında təhqiramiz ifadələr işlədiblər.

Onu da qeyd edək ki, münaqişə zamanı yaxınlıqda zərərçəkənin səkkiz yaşlı oğlunu dişləyən iri it də olub. Deyilənlərə görə, uşaqda hematomalar və dizin çarpaz bağının yırtığı müəyyən edilib. Hazırda o, əməliyyat və reabilitasiya olunacaq.

Faktla bağlı prosessual yoxlama başlansa da, amma hələ ki, cinayət işi başlanmayıb.

Yeri gəlmişkən, Nağıyev hadisəni qəsdən adam öldürməyə cəhd, xuliqanlıq və sağlamlığa ağır zərər vurma kimi qiymətləndirir.

...İyul ayında çevik polislər Moskva yaxınlığındakı Kotelniki və Dzerjinsk məscidlərində axtarış aparıblar. Belə ki, onlar namaz vaxtı ayaqqabı ilə məscidə girib xalçaların üzərində gəziblər ki, bu isə müsəlmanlar üçün qəbuledilməz hesab edilir.

...Dağıstan, Çeçenistan və Özbəkistandan olan İslam dinini qəbul edən beş məhkum Ulyanovsk vilayətindəki həbsxana əməkdaşlarının zorakılıq və dini hissləri təhqir etdiyini bildirib.

Onu da xatırladaq ki, son iki hadisə barədə bir müddət əvvəl SİA məlimat yaymışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə