İsrailin müdafiə naziri Yoav Qalant daha 25 ədəd "F-3" qırıcısı təyyarəsinin alınması sorğusu ilə əlaqədar ABŞ-yə məktub göndərib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, nazirlik ABŞ-dən əlavə təyyarələrin nə vaxt alınacağını aydınlaşdırmayıb. Bununla belə, qəzet mənbələrə istinadən qeyd edir ki, tərəflər 2023-cü il boyu sorğunun təsdiqi prosedurunu başa çatdırmağı planlaşdırırlar. Eyni zamanda, yeni "F-35"-lər 2026-2027-ci illərdə İsrailə çata bilər.
Bu tədarüklərdən sonra İsrailin sərəncamında bu tip 75 təyyarə olacaq.
Nəşr diqqətə çatdırır ki, İsrail hərbi komandanlığı "F-35"-in onun Suriyadakı iranyönümlü birləşmələrə səmərəli zərbə endirməsi üçün vacib olduğuna inanır. Bundan başqa, "F-35"-in İsrailin İrandakı nüvə obyektlərinə zərbə endirmək qərarı verəcəyi təqdirdə hava hücumundan müdafiə sistemlərindən yan keçmək üçün lazım olacağı güman edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB