İsveçdə Quranın yandırılması ilə bağlı növbəti aksiya keçirilib. Lakin, “Svt” telekanalının yayımına görə, bu dəfə aksiya uğurla başa çatmayıb və hətta az qala iğtişaşlara çevrilmək ehtimalı da olub.
SİA-nın əldə etdiyi məlumata görə, hadisə Malmö şəhərində yaşanıb. Belə ki, artıq “öyrəncəli” olan xiristian əsilli suriyalı bu dəfə də müsəlmanların müqəddəs kitabını yandırmaq qərarına gəlib.
Belə ki, 37 yaşlı Salvan Momika Moskva vaxtı ilə saat 15:00-da Quranı yandırmağa başlayıb. Onun hərəkətləri ətrafda izdiham yaradıb. Yoldan keçənlərdən biri müdaxilə etməyə çalışsa da, polis tərəfindən saxlanılıb.
Təhlükəsizlik qüvvələri Momika da daxil olmaqla daha bir neçə nəfəri saxlayıb.
Bu arada ölkənin cənub bölgəsi polisinin nümayəndəsi Rikard Lundqvist vəziyyəti “xüsusi insident” adlandırıb, lakin əlavə məlumat və təfərrüatları açıqlamayıb.
Xatırladaq ki, Ötən ay İsveçin baş naziri Ulf Kristersson Danimarka hökumətinin dini kitablara qadağası fonunda jurnalistlərə açıqlama verib.
Qəribədir ki, o, Stokholmun eyni tədbirləri görməyəcəyini bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB