Qabonda çevrilişdən sonra sərhəd-keçid məntəqələri yenidən açılıb

Qabonda çevrilişdən sonra sərhəd-keçid məntəqələri yenidən açılıb

Qabonda hərbi administrasiya quru, hava və dəniz sərhəd-keçid məntəqələrinin yenidən açıldığını elan edib.

Qurumların Keçid və Bərpa Komitəsinin (CTRI) sözçüsü Ulrich Manfoumbi dövlət televiziyasında açıqlama verərək bildirib ki, quru, hava və dəniz sərhədləri yenidən açıldı.

Qanunun aliliyi, qonşu ölkələr və bütün dünya ilə yaxşı əlaqələri davam etdirməyi hədəflədiklərini vurğulayan Manfoumbi “Qabonun sərhədləri çevrilişdən 3 gün sonra yenidən açılır” deyib.

Qabonun beynəlxalq öhdəliklərini yerinə yetirməkdə qərarlı olduğunu qeyd edən Manfoumbi Qabona daxil olan və çıxan sərnişinlərin səyahət sənədlərini təqdim etdikləri təqdirdə səyahət edə biləcəklərini qeyd edib.

SİA xatırladır ki, avqustun 30-da Qabonda milli televiziya binasına daxil olan bir qrup əsgər rəhbərliyi ələ keçirdiklərini açıqlayıb.

CTRI adlı hərbi idarə avqustun 26-da keçirilən seçkilərin ləğv edildiyini və ölkə sərhədlərinin bağlandığını elan edib.

Respublika Qvardiyasının komandanı, general Bris Oliqui Nguemanın CTRI rəhbərliyinə təyin edildiyi bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə