Miqrant səfərbəyliyi ilə bağlı rusların şirnikləşdirvici vədləri...
...Əslində bu elə də “böyük” bir yenilik deyil…
SİA-nın əldə etdiyi məlumata görə, Britaniya Müdafiə Nazirliyinin hərbi kəşfiyyatı gündəlik icmalında, Rusiya hakimiyyətinin Ukraynadakı müharibədə iştirak etmək üçün qonşu ölkələrin vətəndaşlarını cəlb etməyə çalışdığını yazır.
Məlumata görə, xüsusən iyunun sonunda Ermənistan və Qazaxıstanda Rusiya ordusunda müqaviləli xidmətə girmək istəyənlər üçün onlayn elanlar yayılıb.
Ruslar yaxşı da pul ödəyəcəklərini deyirlər. Belə ki, 495 min rubl birdəfəlik ödəmə, gələcəkdə isə 190 min aylıq əmək haqqı vəd edilir.
Bundan əlavə, 2023-cü ilin may ayından etibarən Rusiya hakimiyyəti də Mərkəzi Asiya ölkələrindən olan miqrantları orduya cəlb etmək üçün səylər göstərir. Onlara yüksək maaş, eləcə də sadələşdirilmiş qaydada Rusiya vətəndaşlığının alınması vəd edilir.
Qeyd edək ki, bir müddət bundan əvvəl SİA-nında yazdığı kimi, işğal olunmuş Mariupolda Rusiya hakimiyyəti Özbəkistandan gələn tikinti işçilərinin pasportlarını müsadirə edərək onları ordu ilə müqavilə bağlamağa məcbur ediblər.
Böyük ehtimalla Rusiya 2024-cü il prezident seçkiləri ərəfəsində qeyri-populyar səfərbərlik tədbirlərindən qaçmaq istəyir.
Maraqlıdır ki, bu gün Rusiya ordusunda xidmət etmək üçün nə qədər əcnəbi cəlb edə bildiyi barədə məlumat verilmir.
Qeyd edək ki, rus ordusunda müqavilə ilə xidmətə ilk növbədə Orta Asiya ölkələrindən əcnəbi vətəndaşların qəbul edilməsi faktı ötən il məlum olub.
Xatırladaq ki, oktyabr ayında qeyri-müəyyən şəraitdə ordu sıralarına qatılan iki Tacikistan vətəndaşı təlim poliqonunu atəşə tutub, ondan çox səfərbər olanı öldürüb və yaralamışdılar.
Onu da xatırladaq ki, bu gün Mərkəzi Asiya ölkələri öz vətəndaşlarını müqavilə bağlamamağa çağırır.
Amma neyləyəsən ki, rusların şirnikləşdirvici vədləri və vəd etdikləri vəsaitlər bəzilərini bu yola sövq edir…
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB