Ukrayna Silahlı Qüvvələri Rusiya müdafiəsinin birinci xəttini yarıb

Ukrayna Silahlı Qüvvələri Rusiya müdafiəsinin birinci xəttini yarıb

Ukrayna qüvvələri Zaporojya vilayətində Rusiya müdafiəsinin birinci xəttini keçib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Tavriya” qruplaşmasının komandiri general Aleksandr Tarnavski “The Observer”-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, minaların təmizlənməsinin əziyyətli prosesi səbəbindən Ukrayna qoşunlarının irəliləməsi bir neçə həftə çəkib, lakin indi Ukrayna qoşunlarının daha asan vaxt keçirəcəyi gözlənilir.

Tarnavski irəliləyişin dəqiq harada baş verdiyini deməyib, lakin söhbətin konteksti və cəbhədəki son hadisələr onu deməyə əsas verir ki, söhbət Tokmak istiqamətində yerləşən Rabotino kəndinin ərazisindən gedir.

Briqada generalının sözlərinə görə, Ukraynanın hücumunun davam etdiyi bölgədə laylı müdafiə üçün Rusiyanın xərclədiyi vəsaitin 60 faizi birinci xəttin, yalnız 20 faizi isə ikinci və üçüncü xəttin təchiz edilməsinə sərf olunub.

Yəni, belə başa düşülür ki, daha bundan sonra Ukrayna üşün asan olacaq?

…Generalın sözlərinə görə, Ukrayna qüvvələri son zamanlar işğal olunmuş ərazilərdə sıçrayışı genişləndirir və möhkəmlənir.

Tarnavski həmçinin bildirib ki, Rusiya ehtiyatlarını təkcə Ukraynanın digər yerlərindən deyil, həm də Rusiyadan köçürür, lakin gec-tez onların “ən yaxşı birləşmələri tükənəcək” və Ukrayna qüvvələri daha çox və daha sürətli hücuma keçə biləcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə