Xakasiyanın nəqliyyat naziri həbs olunub

Xakasiyanın nəqliyyat naziri həbs olunub

Məhkəmə Xakasiya Nəqliyyat Nazirliyinin rəhbəri Dmitri Vasiliadini rüşvət almaq işi üzrə həbs edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri respublika məhkəmələrinin birgə mətbuat xidməti yayıb.

Beləliklə, qeyd olunur ki, respublikanın nəqliyyat və yollar nazirinə qarşı vəzifəli şəxs tərəfindən külli miqdarda rüşvət alma maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Vasiliadi 2020-ci ildən respublika Nəqliyyat Nazirliyinə rəhbərlik edir. Bundan əvvəl Xakasiyada Vahid Rusiya partiyasından namizədliyi irəli sürülmüş Dövlət Dumasının deputatı Sergey Sokol qubernator postu uğrunda mübarizədən geri çəkilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə