...Hücumu nəticəsində 1 körpə ölüb, 4 mülki vətəndaş isə yaralanıb

...Hücumu nəticəsində 1 körpə ölüb, 4 mülki vətəndaş isə yaralanıb

Suriya ordusunun İdlibin şərqindəki Sermin kəndinə hücumu nəticəsində 1 körpə ölüb, 4 mülki vətəndaş yaralanıb.

SİA-nın əldə etdiyi məlumata görə, İdlibin Serakib rayonunda yerləşən Suriya ordusu ilə İranın dəstəklədiyi xarici terrorçu qruplar Sermin kəndinə qurudan-yerə silahlarla hücum edib.

Mülki müdafiə mənbələrindən əldə edilən məlumata görə, hücum nəticəsində 8 aylıq körpə ölüb, 4 mülki şəxs yaralanıb.

Bundan əlavə, Suriya ordusu Hələbin qərbindəki Kefertal, Keferamme, Sahara, Ebzimo və Tedil kəndlərinə, İdlibin cənubundakı Keferavid kəndlərinə və Yerixo şəhərinə qurudan-yerə silahlarla hücum təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə