Deyr əz-Zordakı toqquşmalar Mənbicə sirayət edib

Deyr əz-Zordakı toqquşmalar Mənbicə sirayət edib

Avqustun 27-də Suriyanın şərqindəki Deyr əz-Zor vilayətində separatçı terror təşkilatı PKK/YPG-nin işğalı altında olan bölgədə təşkilat ilə ərəb tayfaları arasında başlayan qarşıdurma Mənbic çölünə sirayət edib.

Türkiyə Silahlı Qüvvələrinin “Fərat qalxanı” əməliyyatı ilə terrordan təmizlənən bölgələrdə fəallıq göstərən ərəb tayfaları Deyr əz-Zorda terror təşkilatı ilə toqquşanlara dəstək üçün Cerablusun cənubunda bir araya gəlib.

SİA-nın əldə etdiyi məlumata görə, tayfalar Cerablusun cənubunda Sacur çayı ətrafındakı işğal olunmuş ərazilərə qarşı əməliyyata başlayıb.

Ərəb tayfaları əməliyyatlarda Mənbicin şimalındakı Mahsenli, Mahmudiye və Ərəb Həsən kəndlərini və eyni bölgədəki Syria Tel kimi tanınan təpəni terrordan təmizləyib.

Tayfaların hücumları nəticəsində təşkilatın ünsürləri Mənbic rayon mərkəzinə çəkilib.

Müxalifətin rəsədxanasının məlumatına görə, ərəb tayfaladı kəndlərin nəzarətini ələ keçirdikdən sonra Rusiyaya məxsus döyüş təyyarələri terrordan təmizlənmiş sözügedən kəndləri hədəfə alıb.

Deyr əz-Zor çölündə baş verən qarşıdurmalarda terror təşkilatı PKK/YPG Ziyben və Sabha kəndlərinə nəzarəti tayfalardan geri alıb.

Qeyd edək ki, Deyr əz-Zorun şərq və cənub-şərqində Fərat çayı yaxınlığındakı bölgələrdə ərəb tayfaları ilə PKK/YPG arasında qarşıdurmalar fasilələrlə davam edir.

PKK/YPG işğal altındakı Haseke və Rakka əyalətlərindən Deyr əz-Zordakı qarşıdurma bölgələrinə çoxlu sayda terrorçunu gücləndirici konvoylarla göndərir.

Təşkilatın ABŞ ordusunun dəstəyi ilə "DEAŞ-la mübarizə" adı altında ələ keçirdiyi Deyr əz-Zorda xalqın hamısı ərəbdir.

Terror təşkilatı uşaq ərəbləri təzyiqlə öz sıralarına cəlb edir.

Təşkilat bölgədəki neft quyularını müsadirə edərək əldə etdiyi nefti ABŞ sanksiyalarına baxmayaraq qaçaqmalçılar vasitəsilə Dəməşq rəhbərliyinə sataraq gəlir əldə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə