Rusiyada daşqın və sel 46 körpünü dağıdıb

Rusiyada daşqın və sel 46 körpünü dağıdıb

Rusiyanın Primorsk diyarında avqust ayı ərzindəki daşqınlar və sel 46 körpünün dağılmasına səbəb olub. SİA xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini - ölkə prezidentinin Uzaq Şərq Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Yuri Trutnev təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması ilə bağlı keçirilən müşavirədə deyib.

“46 körpü dağıdılıb. Axı onlar hansısa qurumun balansdadırlar. Kimsə onların vəziyyətinə nəzarət etməli, vaxtında qaydaya salmalı idi”, - deyən məmur aidiyyəti orqanları rayonun bərpası və fövqəladə halların qarşısının alınması məsələlərinə baxmağa çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə