Sankt-Peterburqda neft anbarında yanğın baş verib

Sankt-Peterburqda neft anbarında yanğın baş verib

Bazar günü, sentyabrın 3-də Sankt-Peterburqda irimiqyaslı yanğın baş verib. SİA xəbər verir ki, hadisə Piskarevski prospekti yaxınlığındakı Ruçi neft bazasının ərazisində qeydə alınıb.

Şəhər sakinlərinin sosial şəbəkələrdə yazdıqlarına görə, yanğın yerində partlayış səsləri eşidilir.

Rusiya Fövqəladə Hallar Nazirliyi yanğının 800 kvadratmetrlik sahəsi olan anqarı əhatə etdiyini bildirib.

Zərərçəkənlər barədə hələ ki, məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə