Tayvanda “Haikui” qasırğası ərəfəsində insanlar kütləvi şəkildə təxliyə olunub

Tayvanda “Haikui” qasırğası ərəfəsində insanlar kütləvi şəkildə təxliyə olunub

Gözlənilən "Haikui" qasırğası səbəbindən Tayvanda minlərlə insan təxliyə edilib. SİA xəbər verir ki, bu barədə “Le Monde” nəşri məlumat yayıb.

Qeyd olunub ki, Tayvanda yüzlərlə aviareys ləğv edilib, bir çox müəssisə bağlanılıb.

Tayvan Administrasiyasının rəsmisi Cai İnq-ven insanlara qasırğaya hazırlaşmağı, təhlükəsizliklərinə diqqət etmələrini və çölə çıxmamağı tövsiyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə