Çin Türkiyəni BRİKS üzvü kimi görmək istəyir, bu barədə Çinin Ankaradakı səfiri bu gün bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, Çinin Türkiyədəki səfiri Liu Şaobinq, Pekinın Ankaranın BRİKS-ə qoşulmaq üçün mümkün cəhdini dəstəkləyəcəyini bildirib.
O, Türkiyənin quruma daxil olmasının təsisçi ölkələrin üzvlüklərinin genişləndirilməsi ilə bağlı fundamental qərar qəbul etməsindən sonra gözlənilən perspektiv olduğunu vurğulayıb.
Liu Şaobinq açıq şəkildə Çinin Türkiyənin BRICS-ə üzv olmasını istədiyini bildirib. O qeyd edib ki, təşkilata üzvlük iştirakçı ölkələr arasında həmrəylik hisslərini və gələcəyə inamı artırır.
Çin səfiri əlavə edib ki, Pekin BRİKS-in genişlənməsini beynəlxalq proseslər baxımından yeni tarixi mərhələnin başlanğıcı və zəruri fəaliyyət kimi qiymətləndirir. O, təşkilata yeni üzvlərin daxil edilməsinin qlobal səviyyədə ədalətə töhfə verəcəyinə əminliyini ifadə edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB