ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan kontr-admiralı Mark Montqomeri Ukraynanın əks-hücumunu necə sürətləndirmək və bu prosesdə dönüş nöqtəsi ola biləcəyindən danışıb.
SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə “Amerikanın Səsi”nə müsahibəsində bildirib.
“...Baxın, ukraynalıların minatəmizləmə texnikasına ehtiyacı var, eləmi? Rusiyanın müdafiə mövqelərini yarmaq üçün onlara mina sahələrini keçməyə imkan verəcək bir şey lazımdır. İkincisi, onların kaset sursatlarına ehtiyacı var. Kifayət qədər artilleriya, 155 mm-lik mərmi olsaydı, onların kasetli sursatlara ehtiyacı olmazdı. Amma kifayət qədər yoxdur, ona görə də kasetli sursatlara ehtiyac var”, - deyə o bildirib.
Montqomerinin fikrincə, Ukraynanın əks-hücumunu sürətləndirmək üçün uzaq məsafələrdən zərbə vura bilmək üçün ATACMS-in olması çox faydalı olardı.
“Ona görə də kaset sursatları, minalardan təmizləmə üçün silahlar və ATACMS üç mühüm şeydir. Baxın, təbii ki, havada daha çox güc olsa yaxşı olardı, lakin yaxın gələcəkdə bunu gözləmək olmaz”.
Qeyd edək ki, bu fikirləri səsləndirən keçmiş kontr-admiral Ukraynanın əks hücumu üçün dönüş nöqtəsi ola biləcəyindən də danışıb.
Ukraynalıların demokratik həyat tərzi seçmək hüququ uğrunda mübarizəyə fədakarlıq nümayiş etdirdiklərini deyən Mark Montqomeri, hazırda vaxtın Ukraynanın tərəfində olduğunu da gizlətməyib.
“...Əgər biz lazımi silahları təmin etməyə davam etsək və bunu vaxtında etməyə başlasaq, zaman Ukraynanın tərəfində də olaraq qalacaq”, - deyə amerikalı hərbçi bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB