Sivasın Altınyayla səmtində yağan dolu nəticəsində çox sayda avtomobilə ziyan dəyib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, əyalətdə axşam saatlarında yağan dolu daha təsirli olub.
Ölçüsü yumurta boyda olan dolu səbəbindən bir çox avtomobilin şüşələri qırılıb, kapotları zədələnib.
Bəzi evlərin damındakı günəş enerjisi sistemlərinin şüşələri də çatlayıb.
Təxminən 15 dəqiqə yağan doludan sonra ərazi ağarıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB