Polşa ukraynalı qaçqınlar üçün ən böyük dəstək mərkəzini bağlayıb

Polşa ukraynalı qaçqınlar üçün ən böyük dəstək mərkəzini bağlayıb

Polşada Varşava yaxınlığında, Nadarjin şəhərindəki Ptak Expo ticarət mərkəzində yerləşən Ukraynadan olan qaçqınlar üçün ən böyük mərkəz bağlanıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə şənbə günü, sentyabrın 2-də, “Wyborcza” qəzeti xəbər verib.

Bu arada Masovian voyvodası Tobiaş Boçenski belə böyük mərkəzin saxlanmasının “məntiqi olmadığını” bildirərək mərkəzi bağlamaq qərarına gəlib.

“Wyborcza”nın sözlərinə görə, bağlanma zamanı mərkəzdə 300-ə yaxın Ukraynadan olan qaçqın yaşayırdı, onlara planlar barədə xəbərdarlıq edilməyib, bəziləri isə vətənlərinə qayıtmalı olub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə