Ağaclar və elektrik xətləri uçub
Gürcüstanın Kaxeti bölgəsinə dolu yağıb - ağaclar və elektrik xətləri uçub. Güclü külək evlərin və qismən dövlət məktəbinin damlarını qoparıb.
SİA-nın SOV -dan əldə etdiyi məlumata görə, üzümlük və meyvə bağlarına toyuq yumurtası böyüklüyündə dolu yağıb.
Axmeta, Telavi və Qurcaani rayonlarının 15-ə qədər kəndi təbii fəlakətdən zərər çəkib.
Axmeta şəhərinin meri Aleksi Pitsxelaurinin sözlərinə görə, təbii fəlakət Arqoxi, Magraani və Piçxovani kəndlərinə böyük ziyan vurub.
Üzüm bağlarının əslində 100 faiz məhv olduğunu deyən yerli hakimiyyət nümayəndəsi hazırda dəymiş ziyanın hesablandığını bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB