İran Rusiyadan “Yak-130” döyüş təlim təyyarəsi alıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə şənbə günü İran mediası və Rusiya Strategiya və Texnologiyaların Təhlili Mərkəzi məlumat yayıb.
Qeyd edək ki, nə Moskva, nə də Tehran təyyarələrin tədarükünü rəsmən açıqlamayıb. İranın rəsmi İRNA agentliyinin məlumatına görə, Rusiya “Yak-130”-ların İran ordusunun Hərbi Hava Qüvvələri ilə xidmətə girməsi faktını “sosial şəbəkələrdə mövcud olan görüntülər” sübut edir.
Agentliyin məlumatına görə, bu təyyarələr İran Hərbi Hava Qüvvələrinin yeni nəsil qırıcılarını idarə edəcək yeni pilotların hazırlanması üçün istifadə olunacaq.
Bu arada “Kommersant”, Rusiyanın İrana nə qədər “Yak-130” göndərdiyinin məlum olmadığını bildirib.
İranın “Tasnim” agentliyinin məlumatına görə, söhbət ən azı iki təyyarədən gedir – onların artıq İsfahandakı Şəhid Babai adına 8-ci taktiki aviabazada yerləşən İran Hərbi Hava Qüvvələrinin bir hissəsinə çevrildiyi iddia edilir.
Söhbət son 20 ildə İran Hərbi Hava Qüvvələri üçün xaricdən alınan ilk təyyarədən gedir.
Rusiya Strategiya və Texnologiyaların Təhlili Mərkəzinin məlumatına görə, “Yak-130”-un alınması ilə bağlı İran resurslarının ilk xəbərləri iyulun əvvəlində ortaya çıxıb.
Onu da qeyd edək ki, Ruslar bundan əvvəl belə təyyarələrdən Əlcəzair, Banqladeş, Belarus, Vyetnam, Myanma və Laosa da verib(?).
Yeri gəlmişkən, “Yak-130”, Yakovlev Dizayn Bürosu tərəfindən İtaliyanın Aermacchi şirkəti ilə birlikdə hazırlanmış Rusiya döyüş təlim təyyarəsidir, bu, SSRİ-nin dağılmasından sonra Rusiyada istehsal olunmağa başlayan ilk tamamilə yeni təyyarə modelidir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB